MAİDƏ SURƏSİ, 44, 47, 46, 49, 48, 56, 57-Cİ AYƏLƏRİNİN TƏFSİRİ

  • 8 yıl önce
ADNAN OKTAR: Şeytandan Allaha sığınıram, Maidə surəsi, 44-cü ayədə Allah belə buyurur: "Şübhəsiz ki, Tövratı Biz nazil etmişik. Onda hidayət və nur vardır. (Allaha) təslim olan peyğəmbərlər yəhudilər üçün bununla, din xadimləri və baş keşişlər isə Allahın Kitabından qorunub saxlanılanlarla hökm verirdilər. Onlar (hamısı) buna şahid oldular. İnsanlardan qorxmayın, Məndən qorxun! Ayələrimi ucuz qiymətə satmayın. Allahın nazil etdiyi ilə hökm verməyənlər–məhz onlar kafirlərdir." Allah: “Allahın hökmüylə hökm verin”-deyir. Peyğəmbərimiz (s.ə.v) də o vaxtlar, yəhudilərə Tövratla hökm verirdi, Tövratı gətirdirdi, Tövratı gətirmələrini xahiş edirdi, Tövratın əsli ilə hökm verirdi. Xristianlara da İncilin əsli ilə hökm verirdi. Hz. Mehdi (ə.s) da Axırzamanda yəhudilərə Tövratın əsli ilə, xristianlara da İncilin əsli ilə hökm verəcək inşaAllah. Quran ayəsi bu həqiqət